XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 13:50

Deputat Milli Məclisdə tələb irəli sürdü:"Mənimsənilən vəsaitin geri qaytarılması ilə kifayətlənmək olmaz..."

“Hesablama Palatası işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar vəsaiti mənimsəməsinlər. Elə etmək lazımdır ki, bu cür neqativ hallar baş verməsin. Hesablama Palatasının fəaliyyətinə dövlət qurumlarının təsiri olmamalıdır”.

Bunu deputat Fəzail Ağamalı Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.

O bildirib ki, bəzi məmurlar işdən çıxarılandan sonra onların mal-mülkü ilə bağlı mətbuatda məlumatlar yer alır: “Mənimsənilən vəsaitin geri qaytarılması ilə kifayətlənmək olmaz. Büdcədən pul oğurlayanlar Azərbaycan qanunları qarşısında cavab verməlidir”.

Report