XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2019 - 14:26

“Chatham House”un eksperti:"Qarabağ münaqişəsinin həllində tərəqqi əldə edilməsi ehtimalı azdır"

“Sülh prosesinin dərin institusionalaşdırılması olmazsa, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi əldə edilməsi ehtimalı azdır”.

“Report” xəbər verir ki, bu barədə London Beynəlxalq Əlaqələr Kral İnstitutu “Chatham House”un Rusiya və Avrasiya proqramının elmi əməkdaşı Lourens Broersin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, ölkə liderlərinin və xarici işlər nazirlərinin son görüşləri çərçivəsində Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmalar həlli uzadılmış sülh danışıqlarının müsbət perspektivlərini təsdiqləyir: “Liderlərin anlaşması, əlbəttə ki, mühüm rol oynayır. Lakin sülh prosesinin dərin institusionalaşdırılması olmadan tərəqqi ehtimalı azdır”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasətinin əsas parametrləri dəyişməz qalarkən, daxili siyasi məsələlər Baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı siyasətinə daim təsir göstərir: “Birincisi, onun hökuməti hazırda legitim olsa da, yaxşı institusionalaşmayıb. Paşinyanın “Mənim addımım” bloku geniş koalisiyadır, o, hakimiyyətə nizam-intizamlı partiya maşını olmadan gəlib”.

L.Broers ikinci oyunçu kimi hazırda yeni KİV və vətəndaş cəmiyyəti institutları ilə ictimai məkanda genişlənərək yeni müxalifətə çevrilən sabiq Respublikaçılar Partiyasını göstərib: “Keçmiş siyasi elita getdikcə daha çox milli-vətənpərvərlik dəyərlərinin müdafiəçisi kimi çıxış edərək Paşinyanın liberal siyasətinə qarşı çıxır, bu da güclü “mədəniyyət müharibə”sinə səbəb ola bilər“, – məqalədə deyilir.

Müəllif hesab edir ki, bu gün tərəflərin heç biri yekun sülh razılaşmasına doğru hərəkət etməyə hazır deyil və yalnız kövrək ilkin etimad kifayət etmir: “Yenə də indi zorakılığın aradan qaldırılması vacib məqamdır. Bu, öz-özlüyündə əldən buraxılmayacaq fürsətdir. Bu vəziyyətdə sülhün yaradılması üzrə real məkan tərəflərdən siyasi sərmayələr tələb edən və onların qarşılıqlı fəaliyyətinə adilik və proqnozlaşdırıla bilmək amili gətirəcək əlavə tədbirlər, yeni sxemlər və ya əməkdaşlıq sahələri yaratmaqdan ibarətdir”, – L.Broers diqqətə çatdırıb.

O, xarici oyunçuların sülhün bərqərar olması üçün daha geniş şərait yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə biləcəyini deyib.