XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 18:58

ABŞ səfiri:""Məqsədimiz sülhə nail olmaqdır"

“Çox şadam ki, münaqişə tərəfləri görüşlər keçirir. Daha bir görüşün keçiriləcəyi məlum olub. Elə ATƏT-in Minsk qrupu həmsədrlərinin səy göstərdikləri də budur”. 

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Azərbaycanla Ermənistan liderlərinin Vyana görüşü, habelə aprelin 15-də iki ölkənin xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşdən danışan diplomat həmsədrlərin tərəflərin görüşərək hazırda onları ayıran mürəkkəb məsələləri müzakirə etmələri üçün müvafiq ab-hava yaratmağa, görüş yerləri təşkil etməyə çalışdıqlarını vurğulayıb.

“Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır”, – ABŞ səfiri qeyd edib.  (Report)