XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 20:26

“Məqsəd mövcud vəziyyətlə tanış olmaqdır…” –AŞPA sədri spiker və deputatlarla müzakirə apardı

oqtay-esedov-pedro-aspa

 

Bu gün Milli Məclisdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Strateq.az Azertac-a istinadən xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov AŞPA-nın sədrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. İndiyədək AŞPA-nın nümayəndə heyətləri ilə keçirilən görüşlərin əhəmiyyətindən danışan Oqtay Əsədov bu səfərin əlaqələrimizin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Milli Məclis ilə AŞPA arasındakı əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək.

 

Pedro Aqramunt Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəal iştirakını yüksək qiymətləndirib. O, bu fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

AŞPA-nın sədri bildirib ki, Azərbaycana səfərin məqsədi ölkəmizdəki mövcud vəziyyətlə tanış olmaq, əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparmaqdır. O, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib.

 

Strateq.az xəbər verir ki, spikerlə görüşdən sonra qonaq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüş keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işlərdən danışıb.

 

AŞPA nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən S.Seyidov Azərbaycanla bu təşkilatın hər zaman eyni dəyərlər uğrunda mübarizə apardığını vurğulayıb.

 

AŞPA-nın sədri kimi ölkəmizdə səfərdə olmaqdan qürur duyduğunu deyən Pedro Aqramunt bu səfərin əməkdaşlığın daha da dərinləşməsi baxımından önəm daşıdığını diqqətə çatdırıb.