Milli Məclisin deputatı Adil Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illik yubiley medalı ilə təltif edilib.
Strateq.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə belə bir məlumat yayıb.
“Məni bu medala layiq gördükləri üçün təhlükəsizliyimizin qorunmasında əvəzsiz xidmətlər göstərən DTX və XKX rəhbərlərinə və əməkdaşlarına təşəkkür edir, onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm!”.