XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Aprel 2019 - 15:23

MSK katibi:"Sədrləri ölən siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik"

Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il üzrə maliyyə hesabatı verməyən 6 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bu barədə “Report”a MSK-nın katibi Mikayıl Rəhimov məlumat verib.

O bildirib ki, bu il 45 siyasi partiya MSK-ya hesabat verib: “Hesabat verməyən 10 siyasi partiyanın 6-sının sədri dünyasını dəyişib, partiya sədrlərini əvəz edən vəzifəli şəxs də yoxdur. Bu partiyaların fəaliyyətində hərəkətlilik olmadığına görə Nazirliyə müraciət edəcəyik. Amma hazırda proses yekunlaşmayıb”.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. MSK indiyədək maliyyə hesabatı verməyən heç bir partiya ilə bağlı Nazirliyə məlumat verməyib.