XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 12:19

ABŞ Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımayacaq

Ancaq o, nədənsə ermənilərdən danışanda “erməni budaq cümlələri”ndən istifadə edir

ABŞ Dağlıq Qarabağda keçiriləcək seçiləri tanımayacaq. Bunu ABŞ dövlət katibinin yardımçısı Jeff Rathke gündəlik mətbuat konfransında bildirib. Anadolu Agentliyinin məlumatına görə, diplomat bunu Dağlıq Qarabağın hüquqi statusuyla əsaslandıraraq deyib: “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Bu səbəbdən də Mayın 3-də keçiriləcək seçkinin nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcək bir faktor olaraq gördüyümüzdən, qəbul etməyəcəyik”.

Buna baxmayaraq, Rathke anlaşılmayacaq cümlələrlə ermənilərin öz müqəddəratlarını təyin etmək hüququndan da danışıb. O bildirib: “Konfliktin əhatəli həlli kontekstində Dağlıq Qarabağ xalqının öz müqəddaratlarını müəyyənləşdirilməsində rol oynaya biləcəklərini qəbul edirik. Bununla belə, Dağlıq Qarabağın yekun statusu, yaxud konflitin qalıcı və sülhsevər həllinin tapılması istiqamətində müzakirələrin nəticəsinə dair heç bir şəkildə qəti və əvvəlcədən hökm vermədiyimizi də vurğulayırıq“.

Heydər Oğuz

Strateq.az