“Azərbaycanı islahatlar aparmaqda dəstəkləyirik. Azərbaycan islahatların aparılmasında böyük irəliləyişə nail olub”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, ABŞ Azərbaycanda sosial-iqtisadi islahatların həyata keçirilməsini dəstəkləyir və bu məsələdə istənilən köməyi göstərməyə hazırdır/Report.