XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2019 - 10:00

Komitə sədri:"Zelenski Krıma gələ bilər"

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenski krımlıların Rusiyanın xeyrinə etdiyi seçimi anlamaq və qəbul etmək üçün regiona səfər edə bilər.

Bu sözləri Krım parlamentinin Millətlərarası Münasibətlər komitəsinin sədri Yuri Qempel deyib.

“Ümid edirik ki, Vladimir Zelenskinin reallıqları anlamaq üçün cəsarəti çatacaq. Rusiyanın Krımı bura sülhlə gəlib, regionun görünməmiş templə inkişaf etdiyinə şahid olmaq istəyən hər kəs üçün açıqdır”, – Qempel bildirib.

Onun sözlərinə görə, Ukraynadakı seçkilərin nəticələri kifayət qədər gözlənilən olub:

“Ukrayna elitası yeni prezidentin təcrübəsizliyindən, ölkəni peşəkar şəkildə idarə edəcək komandasının olmamasından istifadə edəcək. Gənc və təcrübəsiz prezidentin Yuri Boyko kimi güclü bir hökumət rəhbərinin olacağı halda uğura qazanması mümkündür”.

Qeyd edək ki, Ukraynada səslərin 85.78 faizinin sayılmasından sonra Vladimir Zelenski 73.2 faiz, Pyotr Poroşenko isə 24.46 faiz səs toplaya bilib. (Axar.az)