XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 14:14

“Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir” –Kaladze Azərbaycanla yeni razılaşmadan danışıb

kaladze_220216

 

"Azərbaycandan əlavə qaz həcmlərinin alınması məsələsi faktiki olaraq həllini tapıb".

 

Strateq.az apa.az-ın "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, Energetika naziri Kaxa Kaladze bildirib.

 

"Bakıya səfərim çərçivəsində mən Azərbaycan prezidenti İlham Əliyevlə, o cümlədən SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə "Şahdəniz" layihəsi müzakirə olundu. SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir. Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı razılıq əldə olunub", – deyə K. Kaladze bildirib.

 

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlar gələn həftə yekunlaşmalıdır.