XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Aprel 2019 - 13:51

ABŞ senatoru:"Əgər Ankara yanlış yolla getsə, İncirlikdəki hərbi bazanı Yunanıstanda yerləşdirərik"

ABŞ Ankara ilə münasibətlərin pisləşəcəyi halda İncirlikdəki hərbi bazasını Yunanıstanda yerləşdirə bilər.

Bunu Yunanıstanın “Karimerini” qəzetinə müsahibəsində ABŞ-ın demokrat senatoru Bob Menendez deyib.

“Biz Türkiyənin doğru olmayan yolla gedəcəyini gözləmirik. Əgər onlar yanlış yolla getsələr, biz əlimizdən gələn hər şeyi edəcəyik ki, milli təhlükəsizliyimizi və müttəfiqlərimizin təhlükəsizliyini müdafiə edək. Biz hər şeyi, o cümlədən Türkiyədəki bazamız və qüvvələrimizin yerdəyişdirməsini həyata keçirə bilərik. Ümid edirik ki, bu vəziyyətə gəlib çıxmayacağıq. Türkiyə öz kursunu müəyyən etməlidir və bu, onun da maraqlarına uyğundur”, – deyə o bildirib.  (Axar.az)