XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Aprel 2019 - 10:36

Vəhdət Partiyasına büdcədən il ərzində 117 857 manat vəsait ayrılıb –Hesabat

Vəhdət Partiyasının 2018-ci il üzrə gəliri 117 857 manat olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bu, partiyanın Mərkəzi Seçki Komissiyasına (MSK)  təqdim etdiyi 2018-ci il üzrə maliyyə hesabatında əksini tapıb.

Qeyd olunub ki, bu vəsait partiya sədri Tahir Kərimli Milli Məclisdə təmsil olunduğuna görə dövlət büdcəsindən ayrılıb. Vəhdət Partiyası ötən il üzvlük haqlarından gəlir əldə etməyib. Partiyanın xərcləri 117 853 manat olub.

Xatırladaq ki, indiyədək MSK-ya 2018-ci il üzrə maliyyə hesabatını qeydiyyatdan keçən 55 siyasi partiyadan 48-i verib.