XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 11:23

Azərbaycan və İran birgə dini kitablar çap edəcək

Azərbaycan və İran din sahəsində birgə kitabların nəşrini müzakirə edib.

Trend-in verdiyi məlumata görə, bunu İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkman Tehranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündən sonra deyib.
Onun sözlərinə görə, görüşdə, həmçinin dini maarifləndirmə sahəsində birgə tədbirlərin keçirilməsi müzakirə edildi: “ümid edirəm ki, bu səfər Azərbaycan və İran arasında əlaqələrin inkişafında yeni mühit yaradacaq”.
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Trend-ə bildirib ki, İran və Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir: “İqtisadi, siyasi əlaqələrimiz normal məcrada davam etməkdədir. O cümlədən din və mədəniyyət sahəsində də əlaqələrimizə xüsusi diqqət yetirməkdəyik”.