XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 12:05

Mixail Şvıdkoy:"Azərbaycanla münasibətlərimiz həmişə yüksək səviyyədədir"

“Bakı həqiqətən qəhrəman şəhərdir. Böyük Vətən müharibəsində qələbə qazanmağımızda bu şəhərin rolu misilsizdir”.

Bunu jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda keçirilən “Birliyin əldə etdiyi Böyük Qələbə” IX Beynəlxalq Qələbə Forumu çərçivəsində deyib.

O bildirib ki, belə forumu Bakıda da keçirmək olar: “Hətta keçirmək lazımdır. Çünki bu birliyin əldə etdiyi qələbədir. Forum çərçivəsində Bakının ön cəbhənin neft ehtiyaclarının 80%-ni verdiyini xatırladıq. Hesab edirəm ki, bir il sonra, ondan sonrakı il forumun məhz Bakıda təşkil edilməsi təklifini məmnuniyyətlə qəbul edərik. Təbii ki Azərbaycan Respublikası rəhbərliyinin bunu mümkün hesab edərsə”.

Rusiya və Azərbaycan arasında humanitar layihələr mövzusunu şərh edən M.Şvıdkoy onların çox olduğunu qeyd edib:

“Deməliyəm ki, ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq prosesi heç vaxt dayanmayıb. Azərbaycan, ilk növbədə, Moskva Dövlət Universitetinin və eləcə də digər Rusiya təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Birgə çoxlu mədəni tədbirlər keçirilir. Bu yaxınlarda Moskvada tanınmış bəstəkar Qara Qarayevin yubiley gecəsi keçirildi. Tezliklə silsilə iri sərgilər keçiriləcək. Hər il Azərbaycan paytaxtında keçirilən və böyük populyarlıq qazanan “Jara” festivalı isə nəyə desən, dəyər!”, – o qeyd edib.

Rusiya prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, münasibətlərimiz həmişə yüksək səviyyədədir: “Ölkələrimiz və xalqlarımız arasında etimad səviyyəsi buna bariz nümunədir”.  (Report)