XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 16:54

Rusiya Ermənistanın ziddinə “S-400”-lərin Azərbaycanda yerləşdirilməsinə izn verərmi? –ANONİM TÜRK RƏSMİSİNDƏN MƏNTİQLİ SUAL

Hande Fırat

“Hürriyet”, 26.04.2019

 

Ankarada kiminlə söhbət edirsən et, hamı normallaşmadan danışır. Normallaşma üçün isə seçkilər sona çatmalıdır.

Normallaşma vacibdir, çünki sürətlə fırlanan dünya Türkiyənin nə normallaşmasını, nə də Yüksək Seçki Qumunu qərarını gözləyir. İqtisadiyyatdakı inkişaflar, İran, Suriya və “S-400” gündəmində Türk-ABŞ münasibətləri mühüm problemlər olaraq qalır.

 

Telefon söhbəti

“S-400”-lərlə bağlı son durumda başlayaq.

Ankara Ağ Evə görüş tələbi bildirib. ABŞ prezidenti Trampprezident Ərdoğan arasında yaxın zamanlarda telefonda söhbəti gözlənilir.

Ehtimal olunan danışıqlarda gündəliyin ilk sırasında, təbii ki, “S-400” məsələsi var. Rusiyadan gələn şərhlərə görə, “S-400”-lərin təhvil verilməsinə təxminən iki ay qalır.

İndiyə qədər çoxsaylı danışıqlar olub. Ancaq hər iki tərəf mövcud mövqelərdən geri çəkilməyib.

Son Vaşinqton səfərində aparılan danışıqlar də daxil olmaqla, Ankara “Patriot” məsələsini yenidən izah edib, “Suriya müharibəsinin tam ortasında əvvəlcə siz, sonra Almaniya “Patriot”ları çıxarıb. Bizi fərqli əməkdaşlıq axtarmağa məcbur etdiniz”, – deyib.

Amerikalılar isə hər görüşdə Obama administrasiyasının səhvini etiraf edərkən, “yanlış bir zamanda “S-400” almağı qərara aldınız, biz Rusiyanı təcavüzkar dövlət olaraq təyin edib, mövqeyimizi sərtləşdirərkən, sizin seçiminiz də, zamanı da səhv oldu” – mesajını veriblər.

Bu arada, Ankaranın “S-400”-lərin ABŞ hərbi varlığına təhdid etmədiyini göstərmək üçün ABŞ-la ortaq bir işi qrupu yaradılması təklifi nəticəyə verməyib.

Türkiyəyə “S-400”-ə alternativ olan “Patriot” müdafiə sistemlərini satma təklifi də Ankaranı təmin etməyb. Yüksək səviyyəli bir mənbəmin sözlərinə görə, “yenilənmiş təklif eyni şərtlər altındadır. Ön şərt, yəni “S-400”-ləri satın almırsanız, “Patriot”ları satırıq”dır. Həm də heç bir kredit, heç bir ödəniş, heç bir texnologiya transferi olmadan”.

Üstəlik, son danışıqlar daxil olmaqla, ABŞ Ankaraya “S-400”-lərin vinti belə Türkiyə girən kimi, hərəkətə keçəcəyik” mesajını çatdırıb.

 

Danışıqlar davam edir

Ankara ABŞ Konqresinin prosesdə hakim güc olduğunu bilir. “S-400” ucbatından CAATSA– sanksiyaları masadadır. ABŞ prezidenti, bəzi məhdud hallarda Konqresin CAATSA çərçivəsində sanksiyalarını dayandırmaq səlahiyyətinə malikdir. Bunun üçün isə prezident “S-400” alışının “əhəmiyyətli əməliyyat” olmadığını və NATO-nun bütövlüyünə və ya ABŞ-ın hərbi əməliyyatlarına mənfi təsir etməyəcəyini sübut etməlidir.

Buna görə də, Ankara üçün Tramp-Ərdoğan danışıqları çox əhəmiyyətlidir.

Təxirə salma prosesi mümkün deyil. Türkiyə hər cür ehtimalı qiymətləndirir. Buna görə də, ilk dəfə xarici işlər naziri, müdafiə naziri və bürokratlar bir masa ətrafında mövzunu detallarını müzakirə ediblər.

Risklər, ehtimallar hesablanır.

Heç bir qərar yoxdur.

Üst səviyyəli mənbəyimdən soruşdum: “Türkiyəyə “S-400”-ün vinti girsə belə, hərəkətə keçərik” mesajına cavab olaraq, “S-400”-lərin pulunu ödəyib, Rusiyada saxlamaq, yəni Türkiyəyə gətirilməməsi kimi bir düstur varmı?”

Qaynağım dedi: “Bu yöndə təlimat yoxdur. Belə bir ehtimal mümkündür, amma Rusiya-Türkiyə əlaqələrinə və Türkiyənin nüfuzuna zərbə vuracaq”.

Bu arada, üçüncü ölkə düsturu varmı? Yəni Türkiyənin “S-400”-ün pulunu ödəyib başqa ölkəyə göndərməsi. Belə bir imkan yoxdur.

Oxşar iddialar olsa da, başqa yüksək səviyyəli bir mənbə deyib: “Rusiya raketləri üçüncü bir ölkəyə vermək istəsəydi, özü verərdi. Məsələn, “S-400”-ləri Azərbaycanda yerləşdirmə nümunəsi təxəyyül məhsuludur. Rusiya Ermənistanın ziddinə buna imkan verərmi?”

Tərcümə: Strateq.az