XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2019 - 18:22

Səfir:“Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”

“Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”.

Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, – səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.  /Report