XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 22:37

Beynəlxalq təşkilatlardan Yalçın İmanova dəstək –Vəkilə qarşı təzyiq pisləndi

yalcin-imanov-300x169

 

Norveç Helsinki Komitəsi və "İnsan hüquqları naminə idman” beynəlxalq hüquq müdafiə koalisiyası Azərbaycanda vəkil Yalçın İmanova qarşı intizam icraat təşəbbüsü ilə bağlı narahatlığını bildirib.

 

Norveç Helsinki Komitəsindən "Turan İA”-a daxil olan bəyanatda vəkilin müvəkkili müxalifətçi Məmməd İbrahimə qarşı qeyri-obyektiv məhkəmə istintaqı ilə bağlı tənqidi ifadələrinə görə ona qarşı təzyiqlə əlaqədar narahatlıq ifadə olunub.

 

Norveç Helsinki Komitəsinin baş katibi Byern Endenslandın bildirdiyinə görə, İmanova və digər müstəqil vəkillərə qarşı təzyiq Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir.

 

Beynəlxalq hüquq vəkillərin müstəqilliyinə və onların peşə fəaliyyətləri ilə bağlı təhlükə və təzyiqlərdən qorunmasına xüsusi diqqət yetirir. 

 

Məlumatda qeyd olunur ki, İmanov 2007-ci ildən etibarən təcrübəli vəkil və Vəkillər Kollegiyasının üzvü kimi Azərbaycanda bir çox siyasi məhbusları müdafiə edib. Onun müvəkkilləri arasında bir çox məşhur fəallar və jurnalistlər, o cümlədən uydurma ittihamlarla həbs olunmuş Xədicə İsmayıl, Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Ədilov, Nicat Əliyev var.

 

Norveç Helsinki Komitəsi və "İnsan hüquqları naminə idman” beynəlxalq hüquq müdafiə koalisiyası Azərbaycan hakimiyyətini QHT üzvlərini, jurnalistləri və fəalları müdafiə edən vəkillərə qarşı təzyiqlərə son qoymağa çağırır.

 

Xatırladaq ki, fevralın 12-də Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov Vəkillər Kollegiyasına İmanovun intizam məsuliyyətinə cəlb edilməsi haqqında müraciət göndərilməsinə sərəncam verib. Buna vəkillərin Xalq Cəbhəsi Partiyasının fəalı Məmməd İbrahimin işi üzrə müdafiə tərəfin vəsatətlərinin təmin edilməməsini və qeyri-obyektiv istintaqı tənqid etmələri olub.