XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 09:13

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 24 ilitamam olur

bmt

 

 

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 24 il keçir.

 

1992-ci il martın 2-də BMT Baş assambleyasının 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub.  Azərbaycan dövləti adından sənədi ilk xarici işlər naziri Hüseynağa Sadıqov imzalayıb.

 

Bundan sonra qurumun Nyu-Yorkdakı iqamətgahı qarşısında Azərbaycan bayrağı qaldırılıb. Həmin il mayın 6-da isə BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb. Bundan sonra Azərbaycan BMT ilə, habelə təşkilat çərçivəsində hərtərəfli əməkdaşlığa başlayıb. 

Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiqləyərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Azərbaycan ötən il 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.