XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 14:19

Rusiyalı hərbi ekspert:"ABŞ Rusiyaya qarşı nüvə savaşı ssenarisi hazırlayır"

ABŞ Rusiyaya qarşı məhdud nüvə müharibəsi aparmaq ssenarisi hazırlayır.

Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. O bu müharibə ssenarisinin Avropada gerçəkləşdirilə biləcəyini deyib:

“Rusiyanın Pentaqon generallarının hər sözünə reaksiya verməsinə ehtiyac yoxdur. Rusiya ordusunun hazırlığı və təlimləri istənilən ssenarinin neytrallaşdırılmasına imkan verir. Pentaqonun Rusiyaya qarşı taktiki nüvə silahı tətbiqi avtomatik ABŞ-ın mərkəzinə nüvə raketlərinin endirilməsi anlamına gələcək”.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Devid Traxtenberq ABŞ-ın Rusiyanın qarşısını alması üçün kiçik güclü nüvə silahları hazırladığını bildirib. (Axar.az)