XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2019 - 16:25

Türkiyə erməniləri kütləvi deportasiya edə bilər –Ermənistanın Suriya siyasətinə görə

Türkiyə yaxın zamanlarda Ermənistan vətəndaşlarını kütləvi şəkildə deportasiya edə bilər.

Bu məlumatı “Past” qəzeti yayıb.

“Türkiyədə erməni əmək miqrantlarının sayı kifayət qədər çoxdur. Bu məsələ bir neçə dəfə Türkiyədə gündəmə gətirilib. İndi isə bu məsələnin aktuallaşdırılmasının səbəblərindən biri Ermənistanın Suriya siyasəti olub. Əgər deportasiya reallaşarsa, o zaman yaxın zamanlarda ailələrinə pul göndərən 70-100 min Ermənistan vətəndaşı geri dönmək məcburiyyətində qalacaq”, – deyə məqalədə bildirilib. (Axar.az)