XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2019 - 16:56

YAP-dan növbədənkənar parlament seçkiləri barədə xəbərlərə reaksiya:"Seçki 2020-ci ildə olacaq"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək/Report