Xuan Quaido Qərbin ümidlərini doğrultmayıb.
Bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.
“Quaido hələ ki Venesuelada rejim dəyişikliyinin xarici memarlarınin ümidlərini doğrultmayıb. Hakimiyyətə frontal hücum öz nəticəsini vermədi. Qərb aşkar şəkildə öz qüvvələrini həddən çox, Maduronu isə daha az qiymətləndirdi. Qarşıdurma artıq uzun mərhələyə keçir. Quaido Amerika süngülərində hakimiyyətə gəlməyə hazırdır”, – deyə o bildirib. /Axar.az