XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 May 2019 - 17:53

Koreya lideri Prezident İlham Əliyevə məktub göndərib –Mətn

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda deyilir:

“Zati-aliləri.

28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm”.