XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 18:25

Bakıdakı intihara cəhdlə bağlı rəsmi açıqlama – FOTOLAR

Bakıdakı intihara cəhdlə bağlı rəsmi açıqlama - VİDEO+FOTOLAR

Martın 4-də Bakıda intihar cəhdinin qarşısı alınıb.

Strateq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilib.