Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk rəsmi iclası Bakıda keçiriləcək.
Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
İclas mayın 23-də baş tutacaq.
Qeyd edək ki, komissiyanın Azərbaycan və Gürcüstan tərəfdən həmsədrləri – xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsalia arasında tanışlıq xarakterli görüş mayın 14-də Bakıda keçirilib. /Report