XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 May 2019 - 22:39

Səhiyyə Nazirliyindən Mehman Hüseynovun iddiasına reaksiya:"Nazir onu üzdən tanımır..."

Bloqer Mehman Hüseynovun İsveçrənin Cenevrədəki hava limanında səhiyyə naziri Oqtay Əsədovla qarşılaşması və şəkil çəkib sosial şəbəkədə paylaşması müzakirəyə səbəb olub. Mehman Hüseynov yazıb ki, səhiyyə naziri Oqtay Şirəliyev Avropada müalicə olunmaqdan qayıdır.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazir Oqtay Şirəliyevin Avropaya müalicəyə getməsi iddiası doğru deyil.

Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb: “Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”. 

virtualaz.org