XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2019 - 23:59

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri istefa verib –Açıqlama

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov bu gün vəzifəsindən istefa verib.

Strateq.az xəbər verir ki, o, 2 il 12 gün rəhbərlik etdiyi Gənclər təşkilatının sədrliyindən istefa verməsini yaş həddi ilə əlaqələndirib.

“Müsavat Partiyasının nizamnaməsi yaş həddinə görə bunu tələb edir”, – deyən Sadıqovun sözlərinə görə, bu gün sonuncu dəfə rəhbərliyi ilə Müsavat Gənclər təşkilatının tam heyətlə şura iclası keçirilib: “İstefamı şuraya təqdim etdim və Şura üzvləri də sağ olsunlar, yekdilliklə təklifin lehinə səs verərək, məni istefaya göndərdilər”.

Əbülfəz Sadıqov bildirib ki, növbəti konfransa qədər müsavatçı gənclərə bugünkü iclasda gizli səsvermə yolu ilə seçilmiş 5 nəfərdən ibarət Təşkilat Komitəsi rəhbərlik edəcək.