XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 15:08

BMT qətnamə qəbul edib –Müəlliflər arasında Azərbaycan da var

Birləşmiş Millətlər Təşkilatı (BMT) müəlliflərinin arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib.

“Report” xəbər verir ki, BMT Cinayətkarlığın Qarşısının Alınması və Cinayətlərin Ədalət Məhkəməsi Komissiyasının (CCPCJ – Comission of Crime Prevention and Criminal Justice) 28-ci sesiyasında Belarusun təşəbbüsü ilə qəbul olunan qətnamə sözügedən sahədəki milli səylərə həm bütövlükdə toplumun, həm də BMT Narkotiklər və Cinayətkarlıq Ofisi (UNODC – United Nations Office on Drugs and Crime) başda olmaqla aidiyyəti beynəlxalq təşkilatların daha geniş cəlb olunmasını nəzərdə tutur.

Sənədin müəllifləri cəmi 23 ölkədir: ABŞ, Avstriya, Azərbaycan, Böyük Britaniya, El Salvador, Əfqanıstan, Filipinlər, Finlandiya, Fransa, İsveç, İtaliya, Kanada, Qazaxıstan, Qırğız Respublikası, Nigeriya, Norveç, Panama, Rusiya Federasiyası, Tacikistan, Tailand, Türkiyə, Uruqvay, Yaponiya.