XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 12:56

Səməd Seyidov:"Onlar indi informasiya müharibəsinə əl atırlar"

Bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Bunu Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətdə təhlükə var.

S.Seyidov əlavə edib ki, hazırkı Ermənistan rəhbərliyi özündə bir sıra xüsusiyyətləri ehtiva edir:

“Bu ölkədə hakimiyyətə gələn şəxs Dağlıq Qarabağın Ermənistan üçün yaratdığı problemlərin əsasında vəzifəyə gəlib. Korrupsiya, ölkənin dağıdılması, demoqrafik problemlər, iqtisadi baxımdan çökmələr – bunlar hamısı imkan yaratdı ki, Paşinyan bu məsələlərdən istifadə edərək hakimiyyətə gəlsin. Hakimiyyətə gələn insan bu ölkənin tarixində ilk dəfə Dağlıq Qarabağ klanına qarşı mübarizə apararaq vəzifəyə yüksəlib. İlk dəfə hakimiyyətdə olan şəxs Ermənistanda Dağlıq Qarabağ məsuliyyətindən qaçıb onu boynuna götürmək istəmir. Danışıqların formatının dəyişdirilməsi və digər istiqamətlərdə atdığı addımlar buna misaldır. Paşinyan çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən uzaqlaşaraq özünə müsbət dividend qazansın”.

S.Seyidov qeyd edib ki, sadalanan xüsusiyyətlərin heç biri bugünkü Ermənistan hakimiyyətinə heç bir şey qazandırmır. Ona görə də bu gün Ermənistan və bu ölkənin daxilindəki qüvvələr növbəti taktikanı seçirlər. Onlar bütün istiqamətlərdə məğlubiyyət görərək başqa bir müharibəyə – informasiya müharibəsinə əl atırlar. /Trend