XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 16:14

Deputat Qüdrət Həsənquliyev:"Azərbaycan Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıdır"

“Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o, müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın. 1999-cu ildə Ermənistan rəhbərliyinin parlamentdə publik edam olunması Ermənistan siyasi elitasının daim yaddaşındadır. Onlar siyasi mövcudluqlarını qorumaq, simalarıı itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər. Ona görə bir daha qeyd edirəm, Ermənistan region üçün heç bir təhdid yaratmır. Buna görə də Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatından çıxmalıdır: “Azərbaycan özünə müttəfiqlər tapmalı və mövcud müttəqiləri ilə əlaqələri gücləndirməlidir. Azərbaycan təcili olaraq peşəkar ordu qurmaq barədə düşünməlidir. Ermənistana danışıqlarla bağlı konkret vaxt verilməlidir. Əgər belə bir vaxt verilməsə, danışıqlar sonsuzadək uzanacaq”.

Axar.az