XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 05:30

Vurğun Əyyub: “Onları xəbərdar etmişdim” (VİDEO)

Müsavat partiyasında artıq biri ilə yaxındır ki, başqan seçkisilə başlayan qalmaqal davam edir. Bu dəfə Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi daha bir partiya funksionerinin – Adil Qeybullanın istefası ilə nəticələnib. Proseslər istefalar dalğasının davam edəcəyindən xəbər verir!.

ANS TV-nin məlumatına görə, Müsavat partiyasının qurucularından biri hesab olunan Vurğun Əyyub partiya sıralarından xaric edilib. Partiyanın yerli təşkilatı Vurğun Əyyubun iclaslara qatılmaması, üzvlük haqqını ödəməməsi, qərarlara tabe olmamasını əsas gətirərək belə bir əmr verib.
Vurğun Əyyub ANS-ə açıqlamasında partiyadan çıxarılmasının gözlənilən olduğunu söylədi:
“Xəstə olduğum üçün son iclasda iştirak edə bilməmişəm. Onlara xəbərdar etmişdim. üzvlük haqqının ödəməməyimə gəlincə, əvvala mənim Müsavat Partiyası üçün xərclədiyim qədər pulu haqqımda qərar verənlər xərcləməyiblər. İkincisi, üzvlük haqlarının toplanması və xərclənməsində hesabatlılıq, şəffaflıq yoxdur, deyə pul ödəmək fikrim də olmayıb. Bu qərar qeyri-legitim Müsavat rəhbərliyinin məndən aldığı intiqamdır”.

Vurğun Əyyubun partiyadan kənarlaşdırılmasına etiraz olaraq daha bir Müsavat fəalı, həkim ekspert Adil Qeybulla partiyadan istefa verib. O, bu qərarı Müsavat partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasətinin məntiqi sonluğu adlandırdı. üstəlik partiyanın başqanı Arif Hacılını və digər şəxsləri partiya rəhbərliyini qeyri-qanuni olaraq ələ keçirməkdə, avtoritar və aqressiv davranış nümayiş etdirməkdə suçladı:
“Qurultaydan sonra indiki partiyanın rəhbərliyi siyasi apanetlərini sıradan çıxarmaq yolunu tutub. Bu isə Müsavatın nə adına, nə onun nizamnaməsinə, nə də proqramına qətiyyən uyğun gəlmir. Vurğun Əyyubun absurd ittihamlarnan partiya sıralarından xaric edilməsi partiya daxili mövcud durumu sübutdur”.

Müsavatda baş verənlərlə bağlı bir qrup partiya üzvü, konkret olaraq Suraxanı rayon təşkilatı partiya qərargahı qarşısında aksiya keçirmək qərarına gəlib. Müsavatda yaranan qalmaqalı partiya başqanın müavini Elman Fəttah cavablandırdı. O, Vurğun Əyyubun son 6 ayda fəaliyyətini partiya əleyhinə yönəltdiyini söylədi. Partiya ilə yolunu ayıran Adil Qeybullaya isə uğurlar dilədi:

“Əsassız iddiadır. Vurğun Əyyuba son 6 ayda, öz fəaliyyəti ilə əslində Müsavat partiyasından kənarda qoymuşdu. Müsavat partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun Müsavat partiyasına qarşı olan fəaliyyətinə adekvat, yəni partiya sıralarından xaric edilməsi qərarı ilə cavab verib”.
Bundan əvvəl də Müsavatda oxşar qalmaqallar, istefalar olmuşdu. Arif Hacılının başqanlığını qəbul etməyən bir qrup müsavatçı Qubad İbadoğlunun rəhbərliyilə yeni hərəkat da formalaşdırıb.
Daha öncə partiyanın Tovuz rayon təşkilatı da tam tərkibdə istefa ərizə yazmışdı. Müsavatdaxili parçalanmalar partiyada keçirilən qurultaydan sonra başlayıb.