XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2019 - 10:30

Türkiyədə “Patriot”ların qalma müddəti artırılır –Qərar

Hazırda “Patriot” sistemlərinin xidmət müddətini daha 6 ay uzatmaq barədə qərar vermək mərhələsindəyik. Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləyirik. AB-nin də bu durumdan xeyirli çıxacağını düşünürük.

Bu açıqlama ilə İspaniyanın Türkiyə səfiri Xuan Qonzalez-Barba çıxış edib.

Türkiyənin NATO-dan tələbi üzərinə 2015-ci ildən bəri Adanadakı İncirlik hərbi bazasında İspaniyaya məxsus “Patriot” havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirən Barba 25 ispan əsgərinin də sözügedən ölkədə xidmət etdiyini vurğulayıb. /Axar.az