XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 İyun 2019 - 10:58

MƏŞHUR TÜRK ŞAİRİ ƏRDOĞANIN “İSLAMBOL” İDDİASINA RƏSUL RZANIN ŞERİ İLƏ CAVAB VERDİ

Ataol Bəhramoğlu

“Cümhuriyet”, 05.06.2019

 

Hər şeydən əvvəl türkcəsi qulağa xoş gəlmir.

“Bol” sifəti, o da bəzi hallarda, əşyalar və ya anlayışlar üçün istifadə olunur.

Məsələn, “yemək boldur” deyirik. Amma masanın üzərində “bol çəngəl-bıçaq var”, deyilməz, “çoxlu, kifayət qədər var” demək düzgündür.

“Mən istəyirəm” şerində “xoşbəxtlik və sevinc” sözləri üçün “bol” sifətini Azərbaycanın böyük şairlərindən biri olan Rəsul Rza çox yaxşı istifadə edib.

Mən istəyirəm
sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə
Açıq yol olsun.

Burada da “sevinc” və “xoşbəxtlik” kimi müsbət anlayışlar “bol” sözü ilə yanaşı işlədilərək bu sifəti əşyadan anlayışa doğru genişləndirib.

Yemək bol ola bilər, lakin qıtlıq bol olmaz, xoşbəxtlik, şerdə ifadə edildiyi kimi, bol ola bilər, lakin bədbəxtlik bol olmaz.

Türkcədə “bol” sözünün dar mənada da istifadə olunur, “bol şalvar”…

Bu, Anadolu türkcəsinin, bütün dillər kimi, incəliklərindən biridir.

İndi düşünürəm ki, bu söz canlılar, eləcə də insanlar üçün istifadə oluna bilər.

“Bu bağçada it-pişik, quş boldur”… “bu ailədə uşaq boldur” kimi cümlələr qurmaq olar.

Bu cür istifadələrdə, bir az düşündükdə, “istəmədiyin qədər”, “yetərindən çox” kinayəli nüansları hiss edə bilərsiniz.

Buna görə də, “İslam” anlayış kimi də, “müsəlman adam” da “bol” sifəti ilə yan-yana dura bilmir.

Əşyalaşır, adiləşir, sadələşir, azaldırlıb-çoxaldılan bir şeyə vəziyyətinə endirilmiş olur…

Söylədiklərim səs bənzərliyindən yararlanaraq, “İstanbul”u “İslambol”a çevirən zövq və bilik uyğunsuzluğunun dilçilik baxımından qısa tənqididir.

Əlbəttə, qananlar üçün.

Söz küçədə qalsa, danışıq dilində səs bənzərliyinə uyğun olaraq düzəldilən istənilən kəlmə kimi ona istinad edə bilməzsiniz.

Bu, həqiqətdir.

Amma siyasi təbliğat üçün istifadə edildikdə, vəziyyət dəyişir.

Türk dilinin, İstanbulun və dini dəyərlərin zövqsüzlük, cahillik və ayrı-seçkiliyin aləti edilməsinə icazə verilməməlidir.

***

Parisdə mənim rəhbərliyim altında yayımlanan “Anka” jurnalının İstanbul xüsusi buraxılışının üz qabığında İstanbulun uzun tarixi boyu müxtəlif dillərdə adlarının siyahısı var. Təəssüf ki, arxivimdə bu sayı tapa bilmədim. İnternetdə tapdığım adların bir neçəsini sadalayım: Vizantion, Bizantium, Antoninya Alma Roma, Konstantinople, İstinpolin, Tsarqrad, Vizant, Stimbol, Estambol, Eskomboli və s. Konstantinople Bizans İmperatorluğu dövründə şəhərin adı olub.

Mənbələrdə Fəthdən sonrakı yüzilliklərdə bu adın arada-bərədə Dər-səadət olmaqla, Paytəxti-Səltənət, Dər-Aliyyə, Süddə-i Səadət və s. digər adlardan istifadə edilib.

1929-cu ildə xalq arasında məşhur olan İstanbul adının rəsmiləşməsi isə 1929-da baş verib. 3 yanvar 1929-cu ildə Türkiyə Cümhuriyyəti Poçt, teleqraf və telefon Mərkəzinin müdiri İsveçrənin Bern şəhərindəki Beynəlxalq poçt, teleqraf və telefon Təşkilatına yazılı olaraq bundan belə “Konstantinople” yerinə “İstanbul” adını istifadə edilməli olduğunu rəsmi olaraq bildirib.

Başqa sözlə, İstanbulun İstanbul olması şəhəri düşmən işğalından qurtaran Cümhuriyyətin qəbul etdiyi qərarın nəticəsidir.

***

Aydındır ki, bu günlərin modası məscidlərdə işlənən və bəllidir ki, söylənəcək nitqlərdə İslambol / Konstantinople kimi uydurma ayrılıqlar və ziddiyyətlər yaradanların itirdikləri İstanbulu geri almaq cəhdidir.

Türk dili, İstanbul və xalqın səmimi inancları onlardan xilas olmalıdır…

Tərcümə: Strateq.az