XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2019 - 18:26

David Zalkaliani:"Sərhədlərin delimitasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib"

David Qareci məbədi ətrafındakı ərazilərin delimitasiya və demarkasiyası üzrə xüsusi ekspertlərin tərkibi artıq müəyyənləşib.

APA-nın Gürcüstan bürosu “Interpress News”sa istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O qeyd edib ki, artıq məbəd ətrafında vəziyyətin yerində qiymətləndirilməsi üçün təyin edilən xüsusi ekspertlər müəyyənləşib.

“Komissiyanın tərkibi müxtəlifdir. Burada Sərhəd xidmətlərinin, Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri, kartoqraflar təmsil olunurlar. Ekspertlər hər iki tərəfə uyğun vaxtda əraziyə səfər edəcəklər. Səfər barədə məlumat veriləcək”, – deyə o bildirib.