Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cari il iyunun sonunda “Böyük-20”liyin (“G-20”) Yapnoniyada keçiriləcək zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Donald Tramp və Rusiyanın prezidenti Vladimir Putinlə görüşəcək.
Sammit iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Donald Trampla Rusiyadan təhvil alınacaq “S-400” zenit-raket kompleksi, “F-35” qırıcıları proqarmında Türkiyənin iştırakı, Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması və iki tətərfli əlaqlərin gərginləşməsinə səbəb olan başqa bu kimi məsələləri müzakirə edəcəklər.
Türkiyə liderinin Rusiya prezidenti ilə Suriyanın İdlib bölgəsindəki vəziyyətlə yanaşı, “S-400”ün təhvilinə dair məsələlərin müzakirəsi gözlənilir. /Report