XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2019 - 12:30

Peskov:"Putin və Paşinyan arasındakı görüşdə Qarabağ münaqişəsi müzakirə olunmayıb"

“Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb”.

Bu barədə  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb”, – D.Peskov deyib.

Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər. /Report