“Qazaxıstandakı seçkilər ölkə qanunlarına və demokratiya prinsiplərinə uyğun keçirilib”.
Bunu MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev bildirib.
“Bizim fikrimizcə, Mərkəzi Seçki Komissiyası tərəfindən bu gün açıqlanan nəticələr Qazaxıstan xalqının iradəsinin gerçək mənzərəsini əks etdirir. Qazaxıstan xalqının bu seçimini biz qəbul edirik və tanıyırıq”, – MSK-dakı brifinq zamanı S.Lebedev deyib.
MDB müşahidəçilərinin fikrincə, seçkilər yüksək təşkilatçılıq səviyyəsində, azad ab-havada keçirilib.
Qeyd edək ki, Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 77,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 70,76 faizini hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qazanıb/Report.