XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2019 - 11:27

Kaspşik Yerevanda –Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişənin nizamlanması və sülh şəraitinin yaranmasına təsir edəcək məsələlər müzakirə edilib.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. /Trend