"Ukrayna Rusiyadan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək".
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk Qazaxıstan və Azərbaycandan olan həmkarları Kərim Məsimov və Artur Rasizadə ilə telefon danışıqlarının gedişatında bildirib.
Ukrayna Nazirlər Kabinetinin xəbərində deyilir ki, Kiyev tranzitlə bağlı yaranmış problemlərin həlli yollarının axtarışları haqqında özünün ticarət partnyorları ilə prinsipial razılıqları təmin etməyi bacarıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 1 yanvar 2016-cı ildə imzaladığı fərmana əsasən Ukraynadan yükləri Rusiya vasitəsilə Qazaxıstana yalnız Belarus ərazisindən və Qlobal Peyk Naviqasiya Sisteminin (GLONASS) sisteminin mövcudluğu şərti ilə çatdırıla bilər.