XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 13:10

Hərbi-siyasi icmalçı Ramil Məmmədli: [color=red]”Rusiya Türkiyə ilə döyüş meydanında üz-üzə gəlmək istəmir”

ramil-m-1.jpg

 

“Ermənistan-Azərbaycan münaqişəsi müharibə müstəvisinə daxil olduğu dövrdən Rusiya öz narahatlığını heç vaxt indi olduğu formada ifadə etməmişdi”.

Bunu Strateq.az-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

R. Məmmədli bildirib ki, cəbhədə vəziyyət 2014-cü ilin iyul-avqust aylarından gərginləşməyə doğru getməyə başlasa da, rəsmi Moskva buna ciddi reaksiya verməyib: “Diqqət yetirdinizsə, nə həmin vaxt, nə də ondan sonra Dağlıq Qarabağda, hətta Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən toqquşmalarda rəsmi Moskva narahatlığını dilə gətirən bəyanat verməmişdi. Ancaq Rusiyanın Su-24 döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından, bundan sonra isə bu iki ölkə arasında yaranan gərginlikdən sonra rəsmi Moskvadan narahatlıq bəyanatları səslənməyə başladı. Əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja, onun ardınca isə Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin təxminən eyni məzmunlu açıqlamalar verdilər”.

R.Məmmədlinin sözlərinə görə, hər iki şəxs rəsmi Moskvanın mövqeyini dilə gətirərək, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində iriçaplı silahlardan – toplardan istifadə olunmasından narahat olduqlarını söyləyiblər. Həmçinin, münaqişənin aktiv hərbi əməliyyatlar fazasına keçməsindən ehtiyat etdiklərini bildiriblər: “Məsələ burasındadır ki, artıq dünyada Rusiyaya qarşı iqtisadi və hərbi təzyiqlər artıb. Bu gün Rusiya Ukrayna və Suriyada hibrid müharibə aparır. Bundan başqa, de-fakto Gürcüstanın da ərazisi olan Abxaziya və Osetiya Rusiya Ordusu tərəfindən ilhaq edilib. Yaxın tarixdən məlumatı olanlar da yaxşı bilir ki, Dağlıq Qarabağ da Ermənistan tərəfindən açıq və ya gizli şəkildə Rusiya hərbi imkanları hesabına işğal edilib. Hətta birbaşa da demək olar ki, Rusiya Dağlıq Qarabağın işğalında əsas güc amili olub. İqtisadçı ekspertlərin hesablamalarına görə, son iki ildə Rusiya Ukraynada milyon dollarlarla vəsait və minlərlə canlı qüvvə itirib. Suriyada da proses ona doğru gedir. Hər gün Rusiyadan Suriyadakı hərbi bazalara milyon dollarlar həcmində silah və digər vasitələr daşınır. Rusiyanın müttəfiqləri isə bu məsələdə ona ciddi iqtisadi dəstək ola bilməzlər”.

R. Məmmədli qeyd edib ki, Su-24 hadisəsindən dərhal sonra dünya mediasında “Türkiyə Gürcüstana Abxaziyada, Azərbaycana isə Dağlıq Qarabağda başlanacaq hərbi əməliyyatlarda dəstək verəcək” kimi xəbərlər yer aldi: “Bilirik ki, əgər Azərbaycan işğal olunmuş ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayarsa, istər-istəməz müttəfiq ölkə kimi Rusiya Ermənistana hərbi dəstək verəcək və bunu gizlətmək də mümkün olmayacaq. Abxaziya məsələsində də eyni ssenari həyata keçiriləcək. Rusiyanın qorxduğu və narahat olduğu əsas amillərdən də biri Türkiyənin həm Gürcüstana, həm də Azərbaycana bu prosesdə hərbi dəstək verə bilməsidir. Yəni belə vəziyyətdə Rusiyanın daha 4-5 cəbhədə müharibə aparması real görünmür. Bu səbəbdən də başı Suriya və Ukraynada müharibələrə qarışmış Rusiyanın Dağlıq Qarabağa və Abxazyaya hərbi əməliyyatlara cəlb edilməsi rəsmi Moskva üçün yolverilməzdir. Fikrimcə, Rusiya heç bir halda Türkiyə ilə döyüş meydanında üz-üzə gəlmək istəməz”.