XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 14:10

“Müsavatı Arif Hacılı işğalından azad edəcəyik”

Sabah – mayın 6-da saat 16.00-da Müsavat partiyasının qərargahı önündə aksiya keçirilməsi gözlənilir. Aksiyanı keçirənlər isə nə YAP, nə də başqa partiya üzvləridir. Müsavata etiraz edənlər elə müsavatçıların özləri olacaq…

Bu barədə məlumatı Strateq.az-a partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev verib. Rüfət Əliyevin sözlərinə görə, onları qiyama qaldıran Müsavatın yeni başqanı Arif Hacılının nizamnaməyə zidd əməlləridir: “Qurultaydan sonra partiyanın yeni idarəçiləri rəqib tərəfin kiçik tənqidlərini belə qəbul edə bilmir, narazıları dərhal partiyadan uzaqlaşdırırlar. Halbuki Müsavatın nizamnaməsinə görə, bu, ən axırıncı cəza tədbiri olmalıdır. Arif Hacılı komandasının rəqibə dözümsüz münasibətinin özü artıq dözülməz hala gəlib. Ucdantutma kimi gəldi, partiyadan kənarlaşdırırlar”.

Rüfət Əliyevə görə, sonuncu belə repressiv hərəkət partiyanın qurucularından biri Vurğun Əyyuba qarşı törədilib: “Partiyanı ailə təsərrüfatına çevirən Hacılı qardaşları və onların tərəfdarları özləriylə partiyadan çıxartdıqlarını müqayisə etsinlər. Vicdanlarını önlərinə qoyub cavab versinlər, görək, kimin bu pariyanın önündə xidmətləri çoxdur – Vurğun Əyyubun, Qubad İbadoğlunun, yoxsa indi Müsavat adına iddia edənlərin tamamınınmı? Biz Məmməd Əmin Rəsulzadə yadigarı olan bu təşkilatı Arif Hacılı işğalından azad etmək istəyirik. Bu məqsədlə partiyanın qərargahı önündə mitinq keçirəcəyik. Qəlbi müsavatçılıq eşqilə döyünən hər kəsi bizimlə bir yerdə olmağa çağırıram”.

Strateq.az