XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 11:58

Ombudsman:"Azərbaycan 30 ildən çoxdur ki, işğalçılıq siyasətindən əziyyət çəkir"

“Qadınların hüquqlarının müdafiə olunması, qorunması dövlətin ali məqsədlərindən biridir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (OmbudsmanElmira Süleymanova Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

Ombudsman bildirib ki, Azərbaycanda qadın hüquqları hər zaman prioritet məsələlərdən biri olub.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda qadın hüquqlarını da pozub:

“Qadın hüquqları Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadın və kişilərə bərabərlik verilməklə meydana gəlib. Azərbaycan 30 ildən çoxdur ki, işğalçılıq siyasətindən əziyyət çəkir. Bu müddət ərzində üzərimizdə erməni təcavüzünün olması, torpaqlarımız işğal altında olması və 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olması Azərbaycanda bütün sahələrdə mənfi təsir göstərib. Eyni zamanda Azərbaycan qadınlarının hüquqları pozulub. Ona görə də bütün sahələrin inkişaf etdirilməsi üçün sülh əsas şərtlərdən biridir. Bu münaqişə nəticəsində Azərbaycan da ziyan çəkir”.

Report