XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 14:54

Fransalı diplomat: “Azərbaycan hökumətinin reaksiyasını başa düşürəm”

“Azərbaycan ilk Avropa Oyunları ilə bağlı beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini yerinə yetirəcək”.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, bu sözləri mötəbər yarışma ərəfəsində bəzi Qərb darələrində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi Azərbaycan üçün çox vacibdir:

“Beynəlxalq tədbir haqqında insanlara məlumatlandırmaq vacibdir. Bəzi insanlar Azərbaycanda baş verənləri mənfi yöndən görür. çünki Qərb mətbuatı və qəzetlər Azərbaycandakı hadisələri məhz bu formada işıqlandırır. Əvəzində isə əldə olunan nailiyyətləri görmürlər. Ona görə də Azərbaycan hökumətinin reaksiyasını başa düşürəm.

Fransaya gəlincə, biz Azərbaycanla hər sahədə, o cümlədən fikir azadlığı sahəsində konstruktiv və açıq dialoq aparırıq. Düşünürəm ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək”.