XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 11:59

AXCP sədrinin əmisi oğlu ilə bağlı cinayət işi başladıldı[color=red] – Axtarış elan edildi

Baş Prokurorluqda AXCP sədri Əli Kərimlinin əmisi oğlu, hazırda mühacirətdə olan İnqilab Kərimovla bağlı cinayət işi başladılıb.

Prokurorluğun məlumatında deyilir:

"Yanvarın 7-də Fransada məskunlaşmış Azərbaycan Respublikası vətəndaşı Kərimov İnqilab Qüdrət oğlunun “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb".

Baş Prokurorluğun mətbuat xidmətindən onu da bildiriblər ki, hazırda cinayət işi üzrə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilərək İ.Kərimov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib.