XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 14:12

AXCP sədrinin qohumu ittihamlara [color=red]cavab verdi

AXCP sədri Əli Kərimlinin qohumu, hazırda Fransada mühacir həyatı yaşayan İnqilab Kərimov barəsində cinayət işi açılmasına münasibət bildirb.

İ.Kərimov “Azadlıq” qəzetinə açıqlamasında deyib ki, ona qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur.

Onun sözlərinə görə, “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahidin “Avropadakı mühacirlərə qarşı sui-qəsd hazırlanması” haqda statusuna yazdığı şərh hökuməti qəzəbləndirib: “Mən Azərbaycan hökumətinin mühacirlərə qarşı soyqırım planına cavab olaraq yazmışdım. Yəni əslində, mən terrora cağırış yox, hakimiyyətin bu günə qədər ölkənin içində, indi isə hətta bir qədər də uzağa gedib Avropa ölkələrindəki mühacir fəallara qarşı mümkün məhvetmə planına cavab vermişəm. Mən harınlamış məmurların şikarı ola bilmərəm”.

Müxalif mövqeyinə və Əli Kərimlinin yaxın qohumu olduğuna görə Azərbaycan hakimiyyəti tərəfindən əvvəllər də təzyiqlərə məruz qaldığını deyən İnqilab Kərimov 2003-cü ildə xuliqanlıq ittihamı ilə həbs olunduğunu yada salır. “Facebook” səhifəsindəki silah fotosuna gəlincə, bildirir ki, onu paylaşmaqda qətiyyən kimisə hədələmək niyyəti olmayıb: “O, sənədli, travmatik özünüqoruma silahıdır. Düz atmadığına görə onu söküb yudum, sonra hazır vəziyyətə gətirib stolun üstünə qoydum. Hətta şəkil çəkiləndə yadımda deyildi ki, silah stolun üstündədir. Sadəcə, bu gün hakimiyyət onun törətdiyi cinayətləri açıb üzünə deyənləri “terrorçu” adlandırır. Halbuki ən qatı terror "Azadlıq" prospektindəki binada insanları diri-diri yandırmaq kimi əməllərdir”.