XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 11:20

Prezident Türkiyə-Rusiya münasibətlərindən [color=red]danışdı

Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”.
 
Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin "2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunan iclasında deyib.
 
Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir:

“Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.
 
Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran  vəzifələr icra olunub: “Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.

Apa.az