XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 20:31

Baş keşiş:“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyir”

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə aparılan işləri diqqətlə izləyir”.

Bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red.) Giorgi Zviadadze bildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi olduqca qaneedici informasiyalar yayır: “Mən hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat verə bilmərəm. Belə ki, məsələyə birbaşa cəlb olunmamışam”.

G.Zviadadze qeyd edib ki, Gürcüstan Patriarxlığının Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat verəcəyi nəzərdə tutulub/Report.