XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 17:14

Qarabağdakı “hərbi birləşmə”yə yeni komandir müavini təyin edilib:polkovnik Stepan Gevorgyan kimdir? - DOSYE

İşğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməyə yeni komandir müavini təyin edilib.

Strateq.az Ordu.az-a istinadla xəbər verir ki, qanunsuz hərbi birləşməyə komandir müavini kimi polkovnik Stepan Gevorgyan təyin edilib.

Polkovnik Gevorgyanın tərcümeyi-halı aşağıdakı kimidir:

1988-1992-ci illər. İrəvan riyaziyyat maşınqayırma elmi araşdırma insitutunda işləyib.

1992-2015- ci illər. Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində taqım komandiri, tabor komandirinin müavini-Qərargah rəisi, tabor komandiri, alay komandirinin müavini – Qərargah rəisi, alay komandiri, ordu korpusunun əməliyyat şöbəsinin rəisi – Qərargah rəisinin müavini, briqadanın Qərargah Rəisi – komandir müavini, briqada komandiri, ordu korpusunun Qərargah rəisi- komandir müavini, ordu korpusu komandirinin döyüş növbətçiliyi üzrə müavini vəzifələrində qulluq edib.

2014-cü il mayın 17-də polkovnik hərbi rütbəsi verilib.

2015-ci il noyabrın 10-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini təyin edilib.

2016-cı il avqustun 3-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Təhsili

– 1981-ci ildə Ermənistanın Abovyan şəhər 7 nömrəli orta məktəbini bitirib.

– 1985-1990-cı illərdə İrəvan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb.

– Avqust 1998 – 2001-ci illər ərzində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Frunze adına Ümumqoşun akademiyasında təhsil alıb.

Hərbi xidmət və döyüş əməliyyatlarında iştirakı

– 1982-1984-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

– 1992-1994-cü illərdə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib.