Bu gün Lüksemburqda başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group — SRSG) 6-cı iclası keçirilib.
Strateq.az xəbər verir ki, qrupda təşkilati məsələlərə də baxılıb.
Deputat Azay Quliyev yeni müddətə təkrarən qrupun rəhbəri seçilib. İsveçrəli deputat Filippo Lombardi və onun Serbiyadan olan həmkarı Stefana Miladinoviç qrupun sədr müavinləri seçiliblər.
Xatırladaq ki, SRSG 2017-ci ildə ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında yaradılıb. Fəaliyyətinə 17 dövlətin iştirakı ilə başlayan qrupun üzvlərinin sayı bu gün 25-ə çatıb. Bu, Böyük İpək yolunun beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.