XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2016 - 08:08

Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi saytında [color=red]dəyişiklik olundu

Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi saytı – vhp.az yeni dizaynla istifadəyə verilib.

VHP mətbuat xidmətinin məlumatına görə, saytda partiyanın, onun struktur və bölmələrinin işi, qurumun gündəlik fəaliyyəti işıqlandırılacaq.

Saytda partiya rəhbərliyi, seçkili orqanlarda təmsil olunanlar, həmçinin rayon təşkilatları, gənclər və qadınlar təşkilatları barədə də məlumatlar yerləşdirilib.

VHP-yə üzv olmaq istəyənlər isə bundan sonra onlayn üzvlük anketi əldə edə biləcəklər. Saytın müvafiq bölməsinə daxil olmaqla, anketi doldurmaq və partiya nizamnaməsinə uyğun olaraq, internet vasitəsi ilə üzvlük müraciəti göndərmək mümkündür.

Strateq.az